Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bağçada azyaşlıya qarşı zorakılıq edən şəxslər işdən çıxarıldılar
"Paytaxtda fəaliyyət göstərən körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edən şəxslər işdən azad ediliblər".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq 290 nömrəli körpələr evi-uşaq bağçasından verilib.
"290 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.
Qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova
Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib.
Bu barədə Baku.ws məlumat yayıb.
Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlının saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Uşağın valideyni Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.
Nərgiz xanım onu da bildirib ki, bağçada çalışan texniki işçi də azyaşlıya qarşı nalayiq ifadələr işlədib.
290 saylı bağçanın müdiri Dilşad İsmayılova uşağa fiziki və mənəvi şiddət göstərən hər iki işçinin əmək müqaviləsinə xitam verilərək işdən çıxarıldığını bildirib:
"Bu məsələdən məlumatım var. Lazımi qurumlara da məlumat verilib. Hər iki işçi barəsində tədbir görülüb. Bu hadisə iyunda baş verib. Texniki işçi uşağa nalayiq sözlər söyləyib. Sonra valideyn mənə yaxınlaşıb dedi ki, müəllim uşağın saçını yolub və döyüb. Bundan sonra hər iki işçi işdən çıxarılıb".
Sözügedən görüntüləri təqdim edirik:
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?
- İsmayıllıda dəhşətli hadisə: 13 yaşlı qız atasından hamilə qaldı
- Uşağına göstərdiyi şiddətlə hiddət doğuran qadına hansı cəza verilə bilər?
- Amansızlıqla öldürülən səkkiz yaşlı Narinin qətlindən bir saat əvvəlki görüntüləri üzə çıxdı
- Diddinin uşaq yağları ilə bağlı iyrənc məqsədi ifşa olundu
Rəylər