Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoranın sahibi DANIŞDI
Ötən gün toydan sonra kütləvi zəhərlənmə olub. 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə Qəbələnin Zarağan kəndində qeydə alınıb.
Məlumata görə, kənddəki restoranların birində keçirilən toydan sonra iştirakçıların halı pisləşib və xəstəxanaya kütləvi müraciət olub. TƏBİB-dən bildirilib ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər, 21 kişi, 34 qadın olmaqla qida zəhərlənməsi şübhəsi ilə müraciət edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Qəbələ rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı 55 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanası müraciət edib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Avqustun 15-i saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil olaraq qiymətləndirilir".
Qəbələ rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.
Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdiyi məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.
İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Rəylər