Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda təmizlik vasitələri BAHALAŞDI
Təmizlik vasitələrinin qiymətində artım müşahidə olunub.
Belə ki, alıcılara 49 manata qabyuyan vasitə, 37 manata isə yuyucu toz təklif olunur.
Alıcılar da sözügedən vasitələrin qiymətində artım olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, hər məhsul ən az 40-50 qəpik bahalaşıb.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, təmizlik vasitələrinin bahalaşmasının əsas səbəblərindən biri bu məhsulların əksəriyyətinin xaricdən ölkəyə idxal edilməsidir.
Ekspert bildirib ki, qiymətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tənzimləməlidir.
Məsələ ilə bağlı "Xəzər Xəbər" sözügedən qurumla əlaqə saxlayıb. Qurum əvvəlcə cavab verəcəyini desə də, sualları və zəngləri cavabsız qoyub.
Ətraflı süjetdə:
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti" teqi üzrə xəbərlər
- Azərbaycanda unun topdansatış qiyməti artıb - RƏSMİ
- Azərbaycanda unun son qiymətləri - RƏSMİ
- Restoranlarda niyə depozit tələb olunur?
- Silah formasında qələm? - "Bardağı daşıran son damladır, qazanc xatirinə hər şeyi edirlər"
- İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb
Rəylər