Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda unun topdansatış qiyməti artıb - RƏSMİ
Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.
Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi.
Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir.
Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manat;
"ATS MİLL", "Taxıl AQRO" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;
"Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.20 manat;
"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;
"Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat;
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat;
"Bakı Taxıl Terminalı", "Hazartürk LTD", "KARAT HOLDİNQ", "Dəniz un sənayesi LTD", "Sünbül 2012", "Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat;
"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat;
"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.30 manat;
"SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat.