Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda "dünya rekordçusu" olan palçıq vulkanı yenidən püskürdü
Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Bu barədə Oxu.Az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub.
Püskürmə 6 dəqiqə 20 saniyə davam edib. Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alınıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.
Vulkan Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.
Ötən gün Lökbatan qəsəbəsindəki palçıq vulkanı növbəti dəfə püskürüb.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
İlkin məlumatlara görə, püskürmə zamanı ətrafa heç bir ciddi ziyan dəyməyib. Vulkanın yaratdığı palçıq axını ətrafa yayılıb.
Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakı şəhərindən 12-15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv beş palçıq vulkanından biridir.
"Azərbaycanın palçıq vulkanları" teqi üzrə xəbərlər
- Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Palçıq Vulkanları Kompleksinə mediatur təşkil olunub
- Bu xəbərləri qaçırmayın: 18.09.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda turizmin yeni marşrutu: Geoparkların ölkəmiz üçün hansı faydaları olacaq?
- Bakıda "ölüm zonası": Burada yaşayanlar təhlükə qarşısındadırlar
- Turistlər üçün Abşeronda yeni destinasiya: Dulusçuluq və neftlə rəsm çəkmək də öyrədilir
Rəylər