Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda daha 149 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 149 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.
Oxu.Az xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22 iyul 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "YouTube" kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 078 kirayə müqaviləsi bağlanılıb.
"İpoteka və Kredit Zəmanət Fondu (İKZF)" teqi üzrə xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq
- Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard manatdan çox oldu
- İpoteka yolu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərin azaldılması nə dərəcədə realdır?
Rəylər