Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - QƏRAR
Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.
Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.
"Ali təhsil müəssisələri" teqi üzrə xəbərlər
- Maksimum diqqət tələb edən SAHƏ: Təhsil islahatlarına fənlərin ixtisarından başlamalıyıq?
- Yeni ixtisasların təsnifat layihəsi Baş nazirə təqdim edilib - Rəsmi
- Universitetlərdə tədris olunan bəzi fənlər proqramdan çıxarıla bilər? - Ekspert izah edir
- Ali məktəblərdə UNİFORMA məsələsi gündəmdə: "Konsertlə universiteti səhv salırlar"
- Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşdi
Rəylər