Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
2026-cı ilin sonuna qədər ambulansların sayı artırılacaq
"2026-cı ilin sonuna qədər ölkəmizin ambulans parkı tələblərə cavab verən avtomobillərlə əvəz olunacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTYX) təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri Elşad Məmmədli deyib.
E.Məmmədli qeyd edib ki, ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayı başda olmaqla digər meyarlar da nəzərə alınmaqla artırılacaq:
"Abşeron yarımadasında real əhali sıxlığını öyrəndikdən sonra kartoqram hazırlandı. Xəritə üzərində yeni stansiyalara ehtiyac olan yerləri müəyyən etdik. Abşeron üçün əsas meyar əhali sıxlığı nəzərə alındı. Belə ki, xəstəxana və yol infrastrukturu artıq inkişaf edib. Nəticələr TTYX-dən alınan real gecikmələr və şikayətlərin yerləri ilə üst-üstə düşdü.
Bundan sonra planımız bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxmaqdır. Bu dəfə əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Abşeron yarımadasında fəaliyyət göstərən TTYX stansiyalarına əlavə olaraq 12-16 yeni stansiyanın - filialın yaradılması planlanır. 10-11 filial uyğun gələn ərazilərdə TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq. Digərləri üçün isə müvafiq yer axtarılacaq. Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək".
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər