Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər "satırdı", həbs edildi
Bir neçə ay əvvəl vəzifədən azad edilən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyin 20 saylı MKS-nin rəisi Anar Abbasov həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü A.Abbasov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci (Külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması) maddələri ilə açılmış işin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. Belə ki, o, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. O, boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, ikiotaqlı mənzili 15 min manat, üçotaqlı mənzili 20 min manat, dördotaqlı mənzil isə 25 min manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 000 və 186 000 manat pul alıb. Bu məqsədlə A.Abbasov saxta möhür hazırlatdıraraq sənədləri saxtalaşdırıb. O, zərərçəkmiş şəxslərdən pulu Sumqayıt şəhər Məhəmməd Əsədov küçəsində yerləşən xidməti otağında alıb.
Lakin bir müddət sonra A.Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasov yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilinib. Ona 8 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan sabiq rəis məhkəmə zalındaca həbs edilib.
"Sumqayıt Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Odun parçası ilə 85 yaşlı anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU
- Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
- DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?
- Avtomobildə iki nəfəri yandıran şəxslərə hökm oxundu
- Sumqayıtda azyaşlı övladını dənizdə boğan Türkiyə vətəndaşına AĞIR CƏZA