Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Odun parçası ilə 85 yaşlı anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU
Qubada odun parçası ilə 85 yaşlı anasını döyərək qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanova hökm oxunub.
"Report"un məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Quba rayonunun Bağbanlar kəndində qeydə alınıb.
İttihama görə, 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanov spirtli içki təsiri altında anası,1938-ci il təvəllüdlü Zöhrə İsmixanovaya odun parçası ilə zərbələr vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinib.
"Sumqayıt Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
- DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?
- Avtomobildə iki nəfəri yandıran şəxslərə hökm oxundu
- Sumqayıtda azyaşlı övladını dənizdə boğan Türkiyə vətəndaşına AĞIR CƏZA
- Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında
Rəylər