Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 16-sı və 17-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb.
Oxu.Az xəbər verir ki, tədbirlər çərçivəsində ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 64-də qurbanlıq heyvanların kəsimi və satışı, 47-də yalnız satışı, 36-da isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli, Laçın rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb.
Kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir.
Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2024) əldə edə bilərlər.
Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.
"Qurban Bayramı 2024" teqi üzrə xəbərlər
- Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
- Bayram günlərində baş verən qəzalarda ölənlərin sayı AÇIQLANDI
- Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI
- İstanbulda qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
- Laçınlıların Qurban bayramı sevinci: "Babalarımızdan yadigar qalan torpaqlardayıq"