"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən yaradılmışdır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi fəaliyyətinə 05 yanvar 2011-ci ildən başlamışdır.
Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:
1. Ağcabədi rayonu
2. Ağsu rayonu
3. Astara rayonu
4. Beyləqan rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl rayonu
7. Cəlilabad rayonu
8. Füzuli rayonu
9. Hacıqabul rayonu
10. Xocavənd rayonu
11. İmişli rayonu
12. Kürdəmir rayonu
13. Laçın rayonu
14. Lerik rayonu
15. Lənkəran rayonu
16. Masallı rayonu
17. Neftçala rayonu
18. Saatlı rayonu
19. Sabirabad rayonu
20. Salyan rayonu
21. Şirvan şəhəri
22. Ucar rayonu
23. Yardımlı rayonu
24. Zərdab rayonu