Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Arvadını öldürən şəxs məcburi psixiatriya stasionarında müalicəyə cəlb edildi
Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yalçın Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, bu il iyulun 30-u saat 18 radələrində Masallı rayon sakini 1979-cu il İlkanə Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd olunub ki, aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Məmmədovun rayonun Təklə kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfləri dinlədikdən, ekspertiza rəyləri ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiqləyib.
Məhkəmənin qərarı ilə Yalçın Məmmədov cinayət məsuliyyətindən azad edilib və o, məcburi psixiatriya stasionarında müalicəyə cəlb edilib.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Xəstə oğlanı məcburi çobanlıq etdirən vəzifəli şəxslə bağlı məhkəmə qərarı açıqlandı
- Vətən müharibəsinin iştirakçısı hakim oldu
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi
- Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR
Rəylər