Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
XİN: "Livandakı səfirliyə təxliyə ilə bağlı heç bir azərbaycanlı müraciət etməyib"
"Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var".
Bu barədə "Trend"in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu il avqustun 3-də səyahət xəbərdarlığı verilib.
"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində onlarla adam ölüb, 4 min nəfər isə yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşıması qadağan edilib.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar