Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində Zerti Aqro-Sənaye Parkında olublar.
"Report" xəbər verir ki, diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.
Bildirilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.
Diplomatik korpusun nümayəndələri sonra "Hoçazfilm" studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan "Hoçazfilm"in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.
Sonra 28 May - Müstəqillik Gününə həsr olunan "Xalça belə yarandı" sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.
Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.
14:25
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin Laçına səfəri çərçivəsində Həkəri çayına balıqlar buraxılıb.
Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
12:18
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Laçında Hoçazfilm kinopavilyonu ilə tanış olublar.
Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
11:51
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Laçında Zerti Aqro-Sənaye Parkı ilə tanış olublar.
Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
09:34
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Laçına çatıblar.
Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
Səfər çərçivəsində Seyrangahda COP29-la əlaqədar təqdimat mərasimi olacaq. Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.
Bundan başqa, Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonuna ziyarət, eləcə də Həkəri çayına balıqların buraxılması planlaşdırılır.
Daha sonra "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.
08:11
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri başlayıb.
"Report" xəbər verir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.
Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində Laçında COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.
Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro-Sənaye Parkını və "Hoçazfilm" kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.
"COP29" teqi üzrə xəbərlər
- Qaiser Navab: "Azərbaycan bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir"
- Cin Baderşnayder: "Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu"
- Nazir müavini: "Türkiyə COP29-da təqribən 1800 nəfərlə iştirak etdi"
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar