Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ülvi Mehdiyev: “Heydər Əliyev aqrar ölkəni ciddi sənaye ölkəsinə çevirməyi bacardı”
“Heydər Əliyev aqrar ölkəni ciddi sənaye ölkəsinə çevirməyi bacardı”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” İdarəçilik Marafonu adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin atdığı möhkəm təməl üzərində qurulan güclü Azərbaycan bu gün ərazi bütövlüyünü tam bərpa edib:
“Biz ulu öndərin həyatı və siyasi fəaliyyətini təhlil edərkən onun Azərbaycan üçün necə böyük işlər gördüyünü təsəvvür edə bilərik. Heydər Əliyev sadəcə aqrar ölkəni ciddi sənaye ölkəsinə çevirməyi bacardı. Onun Azərbaycana rəhbərliyi dövrlərində bunu etməyin nə qədər çətin olduğunu hər birimiz təxmin edirik. Bu isə onun idarəetmə fenomenliyini ortaya çıxarır. Biz fəxr edə bilərik ki, bu gün regiondakı bütün beynəlxalq layihələr birbaşa Azərbaycanın istəkləri nəzərə alınmadan həyata keçirilə bilmir. Bütün bunlar Azərbaycanın gücündən və qüdrətindən xəbər verir”.
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?