Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Medvedev eyni vaxtda bir neçə ölkə liderini istefaya çağırdı
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev eyni vaxtda bir neçə ölkə liderini istefaya çağırıb.
Oxu.Az-ın xəbərinə görə, o bu barədə öz "Telegram" kanalında paylaşım edib.
Medvedevin fikrincə, Cənubi Koreya, Fransa, Gürcüstan və Ukrayna liderləri istefa verməlidirlər.
"Cənubi Koreya Prezidenti Yun Sok Yol getməlidir. O, hərbi vəziyyət elan edib. Daha sonra parlament hərbi vəziyyəti ləğv edib və prezidentin istefasını tələb edib. Xəyanətkar. ABŞ tərəfindən dəstəklənir, gələcək taleyi məlum deyil.
Fransa prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və istefa verməlidir. Zəif. ABŞ tərəfindən dəstəklənir, gələcək taleyi məlum deyil.
Gürcüstan Prezidenti Zurabişvili səlahiyyətləri başa çatdıqdan sonra getməlidir, lakin bunu etmək istəmir. ABŞ tərəfindən dəstəklənir, gələcək taleyi məlum deyil.
Ukraynanın vaxtı keçmiş qeyri-legitim prezidenti istefa verməli və yox olmalıdır. Cinayətkar, narkoman. ABŞ tərəfindən dəstəklənir, gələcək taleyi kifayət qədər aydındır: biabırçı siyasi emiqrasiya və ya ictimai edam", - deyə Dmitri Medvedev bildirib.
"Dmitri Medvedev" teqi üzrə xəbərlər
- Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"
- "Oreşnik" raket sistemindən hücum Avropaya nə qədər zərər vura bilər? - Medvedev danışdı
- Medvedev: "NATO ölkələri tam şəkildə Rusiyaya qarşı müharibəyə cəlb olublar"
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Medvedevdən Trampın qələbəsinə dair paylaşım: "Pul xərcləməyi sevmir"
Rəylər