Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Torpaqların kateqoriyalara aid edilməsi ilə bağlı qaydalar təsdiqləndi
Prezident İlham Əliyev "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
- Prezident iki publik hüquqi şəxsi ləğv etdi
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Prezident İlham Əliyev Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib
- Bu xəbərləri qaçırmayın: 20.11.2024-ün ən mühüm hadisələri