Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Selçuk Bayraktar “Bilim Bakı” mərkəzini ziyarət edib - FOTO
Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzini ziyarət edib.
“Report”un xəbərinə görə, tədbirdə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış ediblər.
Həmçinin, “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse tərəfindən mərkəzin fəaliyyətinə dair hesabat təqdim edilib. 2022-ci ilin avqust ayından başlayaraq 30 000-dən artıq şagirdin iştirakı ilə müxtəlif növ təlimlərin, tədbir və layihələrin keçirildiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Selçuk Bayraktara “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Həmçinin ASAN könüllüləri tərəfindən musiqili proqram nümayiş etdirilib.
Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan “Bilim Bakı” mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin “Nobel” mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.
Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?