Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rueanna Haynes: "Ada ölkələrinə məhdud vəsait ayrılır"
"Biz qlobal iqlim təhlükəsi ilə üzləşmişik, qasırğalar ekstremal hal alıb, bir sıra hallarda 4-5-ci səviyyəli "fövqəladə vəziyyət" xəbərdarlıqları elan edilir. Qasırğa kiçik adaları məhv edir".
Oxu.Az xəbər verir ki, bu sözləri COP29 çərçivəsində keçirilən "İqlim ədaləti və bərabərlik" mövzusunda panel sessiyada Kiçik Ada Dövlətləri Alyansı sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes deyib.
Rueanna Haynes vurğulayıb ki, kiçik adaların infrastrukturu gücləndirilməlidir və bunun üçün maliyyə dəstəyinə ehtiyac var:
"Biz insanları vaxtında təxliyə etməliyik, lakin bunun üçün maliyyə vəsaiti ayrılmalıdır. Ada ölkələrinə məhdud vəsait ayrılır. İtki və zərərləri kompensasiya etmək zəruridir. Bu dağıntıları bərpa etmək üçün ciddi maliyyə dəstəyi lazımdır. Təbii fəlakətlər məktəbləri, xəstəxanaları, yolları sıradan çıxarır. Onların hər birinin bərpası vəsait tələb edir".
Paneldə çıxış edən digər məruzəçi İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) nəzdində II İşçi Qrupunun sədr müavini Adel Tomas iqlim dəyişikliyinin kənd təsərrüfatına və bu sahədə çalışan insanlara vurduğu zərər toxunub.
"Təbii fəlakətin yaratdığı böhranın nəticələri kənd təsərrüfatına və bu sahədə işləyən insanlara ciddi zərər vurur. Buna misal olaraq kiçik ada ölkələrindən olan balıqçıları misal çəkə bilərik. Belə ki, balıqlar iqlim dəyişikliyi ilə bağlı miqrasiya edir. Bu, balıqçıların öz gəlirlərindən məhrum olmasına, həmçinin qiymət artımına gətirib çıxarır. Bu səbəbdən balıqçılıq sahəsinə kömək layihələri həyata keçirilməlidir. Onlara güzəştli kreditlər verilməli. Maliyyə əlçatanlığı önəmlidir".
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Qaiser Navab: "Azərbaycan bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir"
- Cin Baderşnayder: "Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu"
- Nazir müavini: "Türkiyə COP29-da təqribən 1800 nəfərlə iştirak etdi"
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar