Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub
Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu"nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
Bu barədə AZƏRTAC xəbər verir.
"İlham Əliyevin İtaliya səfəri" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək"
- İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib
- Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı
- "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"
- İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı