Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Revanşistləri çıxmaq şərtilə, Xankəndidə yaşayan ermənilər acınacaqlı duruma düşüblər” – ŞƏRH + FOTO
“Azərbaycan Qarabağ ermənilərinin Ağdam yolundan istifadə etməsi haqqında təklif irəli sürdü. Ermənistan isə məqsədli və qərəzli şəkildə bu təklifdən imtina edir”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Deputat bildirib ki, Ermənistan havadarlarının diktəsi ilə hərəkət etməkdə israrlıdır:
“Hər kəsə məlumdur ki, erməniləri dingildədən bəzi qüvvələr var. Bunun böyük bir qismi xaricdə yaşayan diaspor, digər hissəsi Ermənistanı idarə eləyən daxili qüvvələr, növbəti kəsim isə ermənilərin havadarlarıdır. Həm xaricdən, həm daxildən Ermənistana diktə etməyə, təzyiq göstərməyə, adekvat addımlardan çəkindirməyə çalışırlar. Halbuki son dövrlərdə Ermənistanın bəzi addımlarına nəzər saldıqda, Azərbaycanın prinsiplərinə qismən yaxınlaşmaq istəklərini, razılaşmağa məcbur qaldıqlarını müşahidə etmək olur.
Ermənilər "Laçın" sərhəd-buraxılış məntəqəsindən istifadə edirdilər. Onlar revanşist qüvvələrin təxribatına qədər rahatlıqla bu keçid məntəqəsindən yararlanırdılar.
İstənilən halda bu gün zaman bizə işləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən beş əsas prinsipli sülhə yaxınlaşırıq.
Açığını desək, revanşistləri çıxmaq şərtilə, Xankəndidə yaşayan ermənilərin acınacaqlı duruma düşdüyünü hesab edirəm. Əslində, onların böyük qismi Azərbaycan qanunlarını qəbul edib, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlər. Çünki bilirlər ki, Ermənistandan onlara xeyir gəlməyəcək. Lakin separatçı qüvvələrin əlində oyuncağa çevrilən sadə erməni əhali çıxış yolu tapmır.
Ermənilərin Ağdam yolu ilə gediş-gəlişdən imtina etməsi rasist yanaşmanın göstəricisidir. Onlar özləri də bilirlər ki, Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsullardan daha yüksək olacaq. Bununla bərabər, Ağdam yolu daha qısa olduğuna görə, daşınma daha ucuz başa gəlir. Sadəcə, Ermənistanda ƏDV-si ödənilmiş mallar humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilir. Özünü sülhməramlı, vasitəçi adlandıran bəzi qüvvələr də buna dəstək verir. Bu məsələdən qazanclı çıxan Ermənistan olduğuna görə, Ağdam yolundan imtina edirlər.
İstənilən halda, Azərbaycan hakimiyyəti addım-addım öz işini görür və milli maraqlar qətiyyətlə müdafiə olunur. Əvvəl-axır ermənilər və Ermənistan Azərbaycanın sülh prinsipləri ilə razılaşmalı olacaq”.
Aysel Aslan
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır