Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Rəqəmsal iqlim inqilabı üçün gənclərin səlahiyyətləndirilməsi" mövzusunda panel sessiyası keçirilib
Noyabrın 22-dək davam edəcək COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Mavi Zona ilə paralel olaraq Yaşıl Zonada da tədbirlər davam edir. Noyabrın 16-da Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və CISCO şirkətinin birgə panel sessiyası təşkil edilib.
Oxu.Az xəbər verir ki, "Rəqəmsal iqlim inqilabı üçün gənclərin səlahiyyətləndirilməsi" mövzusunda panel sessiyasında innovasiya və dəyişiklik prosesində hərəkətverici qüvvə olan gənclərin cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim fəaliyyətində rəqəmsal həllər müzakirə olunub.
Panel müzakirəsində Avropa İttifaqının yüksəksəviyyəli məsləhət orqanı olan Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Kestutis Kupşis, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, CISCO-nun Baş vitse-prezidenti və dayanıqlılıq üzrə baş direktoru Mari de Visotski, təmiz texnologiyalar üzrə sahibkar (startapçı) Fidan Cavadova və təbiət mühafizəçisi, WAFF Youth-un nümayəndəsi Dorin Maykl iştirak edib.
Müzakirə zamanı bildirilib ki, rəqəmsal texnologiyalar iqlim böhranı ilə mübarizə üsullarında inqilab yaratdıqca gənclər dayanıqlılığı müdafiə etmək, ətraf mühitə təsirləri izləmək və iqlim tədbirlərini genişləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edərək dəyişikliyin əsas oyunçuları kimi meydana çıxırlar. Tədbirdə gənclərin real vaxt rejimində iqlim təşəbbüslərində iştirak etməsinə imkan verən qabaqcıl rəqəmsal platformalar, proqramlar və süni intellektə əsaslanan həllər nümayiş etdirilib.
Bundan əlavə, gün ərzində müxtəlif saatlarda Yaşıl Zonada bir sıra müxtəlif tədbirlər keçirili. Bu tədbirlərdə dekarbonizasiya öhdəliyi çərçivəsində irəliləyişlər, dayanıqlılığın təmin edilməsində və bu təcrübələrin təşviqində böyük korporasiyaların rolu, iqlim maliyyə boşluğunu aradan qaldırmaq üçün yaşıl fintex və iqlim texnologiyasının transformasiya gücü, rəqəmsal texnologiyalar vasitəsilə maliyyə inklüzivliyinin təmin edilməsi kimi fərqli mövzular əhatə olunub. Eyni zamanda uşaqlar və gənclər üçün nəzərdə tutulmuş dinamik "Extreme Hangout" zonasında rəqslər, meditasiya, interaktiv və yaradıcı seminarlar təşkil edilib.
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar
- Bakıda keçirilən COP29-un on birinci günündən FOTOREPORTAJ
- COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib
- "Haber Global": "Bakıda Türkiyə banklarının iqlim hədəfləri müzakirə edildi"