Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qürur qalamız: Zəfər günü münasibəti ilə
Bu gün Azərbaycan 44 günlük müharibədə qələbənin dördüncü ildönümünü qeyd edir. 2020-ci il noyabrın 8-də Ermənistanın işğal etdiyi ərazilərin böyük hissəsini geri qaytaran Azərbaycan Ordusu Qarabağın incisi olan Şuşa şəhərini azad edib.
Bu barədə "Caliber" "Youtube" kanalının növbəti süjetində deyilir.
"O unudulmaz gündən nə qədər çox illər keçsə, biz bu hadisəyə bir o qədər öyrəşmiş oluruq. Digər tərəfdən, nə qədər çox vaxt keçsə, bunun mahiyyəti bir o qədər aydın görünür. Yolumuzdan kənarlaşdırdığımız daşın ağırlığını anlamaq üçün sonrakı hadisələrə nəzər salmaq kifayətdir.
2021-ci ilin iyununda tarixi mənasına görə misli görünməmiş bir sənəd - Şuşa Bəyannaməsi imzalandı və ona əsasən iki qardaş dövlət - Azərbaycan və Türkiyə bir-birinə təkcə mədəni-iqtisadi deyil, həm də hərbi-siyasi bağlarla bağlandılar. Ölkələrimizin silahlı qüvvələri bundan sonra bir-birinin suverenliyinin və ərazi bütövlüyünün keşiyində dayanır. Çoxlarımız uzun illərdir ki, belə bir birliyi arzulamışıq.
Türk dünyası güclənir. Türk Dövlətləri Təşkilatının (TDT) bir neçə sammiti keçirilib və bir sıra ikitərəfli sazişlər imzalanıb. Getdikcə türk dünyası, Turan barədə qlobal gücün yenidən canlanan mərkəzi kimi daha çox danışılır. Vurğulamaq yerinə düşər ki, məhz Qarabağ münaqişəsinin həlli güc sınağına çevrildi və Azərbaycan bu sınaqdan keçərək bütün türk məkanında geniş inteqrasiya proseslərinə yol açdı.
Azərbaycanın dünyada statusu artıb, beynəlxalq nüfuzu yüksəlib. Bunun əsas göstəricilərindən biri ölkəmizin planetin əsas iqlim toplantısına - COP29-a ev sahibliyi etməsi oldu.
Vətən Müharibəsinin nəticəsi işğal olunmuş ərazilərin əksəriyyətinin, o cümlədən Şuşanın, həmçinin Xocavənd və Ağdərə rayonlarının bir hissəsinin faktiki nəzarət altına qaytarılması oldu - sonuncular vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil idi. Beləliklə, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu qələbə status-kvonu pozdu. Azərbaycan yer üzündə nümayiş etdirdi ki, erməni irredentistlərinin əziz tutduqları sərhədlərdən, hətta muxtariyyət statusunda belə, heç bir söhbət ola bilməz", - materialda qeyd olunur.
Daha ətraflı videoda:
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- Tayms Skver meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
- Güler: "Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir"