Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qırğızıstan prezidenti Azərbaycana səfər edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfəri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Oxu.Az-ın "Sputnik Qırğızıstan"a istinadən xəbərinə görə, bu barədə ölkənin Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.
Məlumata görə, Sadır Japarov COP29-un plenar iclasında çıxış edəcək.
Azımbakiyevin sözlərinə görə, Japarovun, həmçinin, Qırğızıstanın Azərbaycan və Monqolustanla COP29 çərçivəsində birgə təşkil etdiyi "Yüksək səviyyədə dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması" adlı tədbirdə çıxışı da planlaşdırılır.
Eyni zamanda, Qırğızıstan prezidentinin COP29 zamanı ikitərəfli görüşləri də nəzərdə tutulur.
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Seneqal nümayəndəsi: "COP29-da texnologiyaların tətbiqi proqramı ilə bağlı razılığa nail olunub"
- Kəmalənin əlinə pulu kim verir?
- SİMA minlərlə ağacın qorunmasına töhfə verir
- WWF nümayəndəsi: "2023-cü il istilik rekordlarını qırdı, 2024-cü il daha pis olacaq"