Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: "Musiqi eşidən kimi gözüm qabağına Göyçə gəlir"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Deportasiya böyük dərddir, bizə çox pis təsir edib" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kənd sakini Xətai Ələsgərlinin həyat hekayəsinə həsr olunub.
O, Ağkilsə kəndinin tarixindən, uşaqlıq, orta məktəb, gənclik illərindən, eləcə də 1988-ci ildə baş verən deportasiyadan söz açıb:
Onun sözlərinə görə, ermənilər Ağkilsədəki abidələri texnika ilə aparırdılar:
"Ermənilər tarixi abidələr üzərindəki yazıları pozub öz əlifbaları ilə yazırdılar. Tarixi saxtalaşdırmaq həmişə ermənilərin xislətində olub. Onlar uğur qazanan idmançılarımızın xalını bilərəkdən vermirdilər. Rayona gedəndə bizə kinlə baxırdılar".
X.Ələsgərli doğulduğu kəndin məhəllələrini, təbiətini, bulaq və dağlarını xatırladıb, adətlərindən söz açıb:
"Novruz bayramı çox maraqlı keçirdi. Gecə ilə gündüz bərabərləşəndə sulaşma olardı. Hər kəs bir-birini suluyardı. Kəndə yeni insanlar gələndə qonşular növbə ilə qonaq çağırar, heyvan kəsərdilər. Göyçədə yazda gülün-çiçəyin iyindən adam bihuş olardı. Göyçədə arıların səsi sanki bir musiqi idi. Musiqi eşidən kimi gözüm qabağına Göyçə gəlir. Orada qara zurnanın səsinə at belə oynayırdı".
Ağkilsə sakini diqqətə çatdırıb ki, mənfur ermənilər bizim başımıza min bəla gətirib:
"1988-ci ildə baş verən deportasiya bizə çox pis təsir etdi. Bu, insanlar üçün çox ağır, böyük dərddir. Deportasiyadan sonra sanki məhv olduq, qol-qanadımız sındı. Göyçə həsrətində qalan insanlar o dərdə dözə bilmədilər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"
- Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"