Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: Erməni zülmü, sürgün və yenidən qayıdışın ümidi
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun hazırladığı "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
"Ermənilər mənəvi stres yaşadır, insanları qorxu altında saxlayırdılar" adlı veriliş Şəmşəddil mahalının Karvansaray rayonunun Haqqıxlı kənd sakini Ayişə Nəbilinin həyat hekayəsinə həsr olunub.
Ayişə Nəbilinin uşaqlıq və məktəb illərindən, kəndin tarixindən bəhs etdiyi verilişdə, 1800-cü illərdə 7 ailənin müxtəlif yerlərdən köçüb Haqqıxlıda yurd saldığı, uşaqlıqda məhəllələrdə müxtəlif oyunlar oynadıqları, radioda teatr tamaşalarına və muğamata qulaq asdıqları qeyd olunur. Novruz, Bənövşə və Nərgiz güllərinin toplanması da həmin illərə aid xatirələr arasındadır.
A.Nəbilinin sözlərinə görə, ermənilər ilk dəfə kənd əhalisini 1905-ci ildə qovub, kəndi yandırıb və insanları öldürüblər. Onlar Qazaxa gəlib, iki il sonra yenidən kəndə qayıdıblar. Evlərin yanmış vəziyyətdə olduğunu görüb, yalnız "Qurani-Kərim"in üzü yanmış şəkildə qaldığını bildiriblər. 1919-cu ildən növbəti dəfə ermənilər kəndə hücum ediblər və kəndin nüfuzlu insanlarını öldürüblər. Nəticədə camaat iki yerə bölünüb; 76 nəfər kəndin üst tərəfinə qaçıb və orada ermənilər tərəfindən aldanaraq fermaya doldurulub yandırılıb. Haqqıxlı kəndinin qəbiristanlığında gizli bir yerdə bu 76 insanın kəlləsi dəfn olunub.
1988-ci il deportasiyasından da söz açan A.Nəbilinin sözlərinə görə, həmin dövrdə bütün məktəblərdən avtomat silahları yığılmış, ermənilər kəndə hücuma hazırlaşırdılar. Gecələr yatmadıqları, mənəvi stres yaşadıqları və qorxu altında olduqları qeyd edilib. 1988-ci il noyabrın 28-də rus əsgərləri ilə birgə gəlib, camaatı avtobuslara mindirib, Qazaxda sərhəddə düşürüblər.
A.Nəbili doğma yurda qayıtmaq arzusunu vurğulayıb: "Biz iki dəfə yurdumuzdan sürgün olunmuşuq və yenə yurdumuza qayıtmışıq. İtkilərimizə və çəkdiyimiz əzablara baxmayaraq, yenə də o yurd bizi çəkir. Üçüncü dəfə həmişəlik qayıdacağımıza inanıram. Kəndlərimiz bizi gözləyir və geri qayıdışımız mütləq olacaq, çünki ora bizim məskənimiz olub. Ora bizi çağırır və biz mütləq gedəcəyik. Orada yenidən köç salıb, rahat həyata qovuşacağıq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev azərbaycanlı professoru təltif etdi
- Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılır - QANUN
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib
- Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib