Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
"Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın xarici işlər naziri A. Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və rədd edirik. Nazir Mirzoyan həmin tədbirdə Azərbaycanda "erməni mədəni irsi"nin guya təhlükə altında olduğunu iddia edərək, təxribat xarakterli bəyanat səsləndirib".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib:
"Böhtanla dolu bu bəyanat həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirdiyini göstərir. Ermənistan XİN başçısının "dağlıq qarabağ" ifadəsini işlətməsi, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ancaq sözdə tanıdığını nümayiş etdirir. Ermənistanın həm öz ərazisində, həm də vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsini tamamilə və sistematik şəkildə məhv etdiyini nəzərə alsaq, bu ölkənin hazırda mədəni irs məsələsi ətrafında spekulyasiya aparması riyakarlığın təzahürüdür. Ermənistan XİN rəhbərinin UNESCO missiyasının göndərilməsi çağırışına gəlincə, vurğulamalıyıq ki, belə bir missiya Azərbaycana deyil, məhz Ermənistana göndərilməlidir. Təəssüf ki, Ermənistanın imtinası səbəbindən hələ də bu ölkəyə UNESCO missiyası baş tutmayıb. Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi, Ermənistandakı Azərbaycan xalqının mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO missiyasının bu ölkəyə göndərilməsinə razılıq verməyi və dağıdılmış Azərbaycan abidələrinin bərpası, qorunması və mühafizəsi üçün zəruri tədbirlər görməyi tələb edirik".
"Ermənistan XİN" teqi üzrə xəbərlər
- İran XİN: "Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq"
- Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
- Hakan Fidan: "Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik"
- Regional "kvadrober"
- Makronun COP29 avantürası - Fransanın təxribatları iflasa uğrayır