Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbi Azərbaycan İcması Ermənistanın prezidentinə cavab verdi
Ermənistanın prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur.
"Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.
Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik", - bəyanatda vurğulanıb.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- İcma: "Avropa Şurasının qurumu öz rəyi ilə Azərbaycana qarşı şər-böhtandan ibarət mövqe sərgiləyir"
- Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT YAYIB
- Qərbi Azərbaycan İcması: "Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq"
- Azərbaycanlıların qəbirlərini dağıdan erməniləri hansı cəza gözləyir?
- Qərbi Azərbaycan İcması UNESCO-nun nümayəndəsinin Azərbaycanla bağlı mövqeyini QINAYIB