Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında YENİLİK
Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib.
Oxu.Az-ın verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib.
Qaydaya əsasən, qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədilə bələdiyyə tərəfindən Komissiya yaradılıb. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil idi.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvəzləyib.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Dərman vasitələrinin dövlət reyestri "Elektron hökumət" portalına qoşulacaq
- Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib
- Prezident iki publik hüquqi şəxsi ləğv etdi
- Əli Əsədovdan hava hücumundan müdafiə işləri ilə bağlı QƏRAR
- Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR