Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qazaxıstan Azərbaycan parlamentinə seçkini izləmək üçün 8 müşahidəçi göndərəcək
Qazaxıstan Mərkəzi Seçki Komissiyası Azərbaycan Milli Məclisinə (parlament) növbədənkənar seçkinin gedişatını izləyəcək müşahidəçilərin siyahısını təsdiqləyib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə, müşahidəçilər qrupuna Qazaxıstandan olan səkkiz nümayəndə daxildir.
Qeyd edək ki, Azərbaycan parlamentinə seçki noyabrda keçirilməli idi, lakin məhz bu vaxt ölkə BMT-nin COP29 iqlim konfransına ev sahibliyi edəcək və konfransda 80 mindən çox qonağın, o cümlədən 50-dən çox ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi gözlənilir.
Buna görə də parlamentarilərin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkinin sentyabrın 1-nə təyin edilməsi haqqında sərəncam imzalayıb.