Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağ Xronikası: Azərbaycan və Ermənistan sülh yolunda
Baku TV-nin "Qarabağ xronikası" verilişinin 138-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından, habelə Azərbaycan-Ermənistan şərti sərhədindəki delimitasiya və demarkasiya işlərindən və bəhs edib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşma nəticəsində Qazax rayonunun dörd kəndi - Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanis Ayrım geri qaytarıldı:
"Bu prosesə paralel olaraq, tərəflər sözügedən istiqamətdə delimitasiya işlərini də həyata keçiriblər. Müvafiq ərazilərdə demarkasiya nişanları da quraşdırılıb. Qeyd etmək lazımdır ki, delimitasiya və demarkasiya işləri Azərbaycan-Ermənistan şərti sərhədinin 12,7 kilometrlik hissəsində görülüb".
Ətraflı süjetdə: