Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident: "Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür"
"Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
"Bu gün Azərbaycana ABŞ-dən sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?" - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədə, heç bir şirin sözə, yalançı ifadələrə aldanmamalıyıq.