Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident: "Azərbaycanla Rusiya arasında nəzərdə tutulan layihələr daimi nəzarət tələb edir"
"Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Dövlətimizin başçısı qeyd edib:
"Gündəliyimiz (ikitərəfli münasibətlərin - red.) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir".
Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
"İlham Əliyevin Rusiya səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
- İlham Əliyev: "9 May - Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir"
- Prezident: "COP29-un Bakıda keçirilməsi haqqında qərar Azərbaycana hörmətin əlamətidir"
- Prezident: "Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq"
- Prezident: "Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi minnətdarlıqla qarşılanıb"