Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Polşa prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək
Polşa Prezidenti Andjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.
"Söhbət COP29-da Polşanın ən yüksək səviyyədə iştirak edəcəyindən gedir, çünki prezidentimiz Andjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. Bu, COP29-da müzakirə olunacaq məsələlərə cavabdeh olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum səviyyədə olacaq".
Diplomat Prezident Andjey Dudanın Azərbaycana səfərinin həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacağını vurğulayıb.
"COP29" teqi üzrə xəbərlər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- Qırğızıstan baş nazirinin müavini Bakını COP29-un təşkilinə görə yüksək qiymətləndirib
- Bakıda keçirilən COP29-un on ikinci günündən FOTOREPORTAJ
- Hədəflər və gözləntilər: COP29 iştirakçıları ölkələrinə nə ilə qayıdırlar?
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"