Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Politoloq: "İran ən qısa müddətdə İsrailə cavab verəcək, ABŞ isə qarışmayacaq"
Son günlər dünya mediası və İsrailə yaxın mənbələr İranın yaxın günlərdə İsrailə qarşı növbəti hücuma hazırlaşdığını yazırlar. "The Washington Post", "Axios" və sair mənbələri qeyd etmək olar.
Bundan başqa, İran parlamentinin Milli təhlükəsizlik komissiyası İsrailin oktyabrın 26-da ölkəyə hücumuna hərbi cavab vermək barədə qərar da qəbul edib.
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İsmail Kosari deyib.
Bəs görəsən, bu məlumatların reallıq payı varmı? Yaxın perspektivdə İranın hücumu reallaşa bilərmi?
Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, bu iki dövlət arasındakı raket müharibəsi İsrailin siyasətindən irəli gəlir:
"İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə istiqamətdə mübarizə aparır. Onun özü etiraf edir ki, 7 cəbhədə savaş aparırlar. Netanyahu deyirdi ki, HƏMAS məsələsini həll edəcək. Üzərindən 1 il keçib, amma HƏMAS hələ də mövcuddur. Digər tərəfdən də təşviş yaradan bir məqam var. "Hizbullah" aktivləşib və İsrail üçün ciddi təhlükə doğurur.
İsrailin İranla bağlı ritorikası çoxdan bəllidir və müəyyən mənada ABŞ-nin dəstəyinə söykənir. Çünki İsrail yaxşı anlayır ki, İranla mübarizə aparmaq üçün dəstəyə ehtiyac var".
T.Abbasov vurğulayıb ki, Netanyahu sona qədər müharibə aparmalıdır:
"Situasiya gərgindir. Bayden administrasiyası İrandan xahiş edirdi ki, seçkilərə qədər İsrail ilə genişmiqyaslı müharibəyə girməsinlər. Fikrimcə, ən qısa zamanda İranın cavabı olacaq. Bu cavab ABŞ ilə razılaşdırılıb".
Məhərrəm Əliyev