Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Peter Siyarto: "İndi onlar özləri İlham Əliyev ilə eyni fotoda görünməyə can atırlar"
"Hazırda qlobal təhlükəsizlik vəziyyəti getdikcə pisləşir".
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Peter Siyarto bildirib ki, bunun nəticəsində dünya yenidən bloklara bölünə bilər:
"Bu, heç də yaxşı hal almayacaq və hamıya böyük zərər gətirəcək. Biz qarşılıqlı dialoqda olmalıyıq. Macarıstan və Azərbaycan israrlı şəkildə əməkdaşlığa köklənmək istəyən ölkələrdir. İki ölkə arasında strateji əməkdaşlığın qurulması bizim çox irəli getdiyimizi sübut edir.
Azərbaycanla ilk əməkdaşlıq etdiyimiz dövrdə Avropadakı tərəfdaşlarımız bizi çox qınadı. Lakin indi onlar özləri Prezident İlham Əliyev ilə eyni fotoda görünməyə can atırlar. Bu ölkələr üçün Azərbaycan çox önəmli dövlətə çevrilib".
Könül Cəfərli