Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan: "Rusiya FTX-yə Zəngəzur yoluna monitorinq funksiyası verilə bilər"
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nümayəndələrinə Sünikdəki (Zəngəzur - red.) yola yalnız monitorinq funksiyası verilə bilər.
Oxu.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanı birləşdirərək" konfransında bildirib.
O, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndini sitat gətirərək, "nəqliyyat əlaqələrinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti orqanları həyata keçirir" cümləsinə diqqət çəkib.
Daha əvvəl Rusiyanın baş nazirinin müavini və üçtərəfli işçi qrupunun Rusiya tərəfindən həmsədri Aleksey Overçuk bildirmişdi ki, Rusiya həmişə Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq kömək etməyə hazırdır. Overçuk, həmçinin, qeyd edib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
- Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 19.11.2024-ün ən mühüm hadisələri