Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyan: "Bakı ilə sülh müqaviləsi layihəsi 80-90% razılaşdırılıb"
"Bakı ilə sülh müqaviləsi layihəsi azı 80-90% razılaşdırılıb".
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclası zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana Naxçıvanla əlaqəni sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə təmin etməyi təklif edib.
Paşinyan qeyd edib ki, İrəvan öz ərazisindən beynəlxalq nəqliyyat kommunikasiyalarının və boru kəmərlərinin keçməsində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazırdır.
"BRICS sammiti" teqi üzrə xəbərlər
- Qayıdışa haqqı çatanlar: Körpüləri yandıranlar üçün bağlanan qapı
- Ayı, pələng, keçi... - Növbəti BRICS sammitinin "əsginası"nın dizaynı məlum olub
- Regional sülh qapıda: Hələ də bunu həzm edə bilməyən qüvvələr var - "Kaspi"nin TƏHLİLİ
- Azərbaycan üçün vacib məqam - Rəsmi Bakının iqtisadi və siyasi uğurları artacaq
- Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü olub