Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pakistanın müstəqilliyinin 77-ci ildönümünə həsr edilən tədbir keçirilib
Pakistanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 77-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Pakistan icmasının ölkəmizdəki üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.
Mərasimə Pakistanın Dövlət himninin səsləndirilməsi və Dövlət Bayrağının qaldırılması ilə start verilib.
Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin Pakistan xalqına ünvanlanan məktubu səsləndirilib.
Həmçinin, Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxış edərək Pakistan xalqına sülh və firavanlıq arzulayıb, eləcə də Pakistan və Azərbaycanın dost və qardaş ölkə olduğunu, bu münasibətlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib