Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Özbəkistanda parlament seçkisi başa çatıb: Fəallıq yüksək olub
Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkidə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da ölkə ərazisində bağlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrində 14 milyon 264 min 994 seçici və ya ümumi siyahının 71,52 faizi səs verib.
Qeyd edək ki, parlament seçkisi baş tutmuş hesab olunur.
İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.
Özbəkistanda parlament seçkisndə seçici fəallığı tələb olunan həddi keçərək 47.62%-ə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş sayılması üçün tələb olunan 33%-lik həddi keçib.
Özbəkistanda parlamentin qanunvericilik (aşağı) palatasına və yerli xalq deputatları şuralarına seçki keçirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, seçki qabaqcıl demokratik standartlara uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında təşkil olunub.
Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir.
Bundan əlavə, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Namizəd seçki dairəsi üzrə digər namizədlərdən daha çox səs topladıqda, seçilmiş sayılır və təkrar səsverməyə ehtiyac yoxdur.
Seçki ilk dəfədir ki, qarışıq seçki sistemindən - majoritar və proporsional sistemlə keçirilir. 150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında, qalan 75-i isə siyasi partiyalara verilən səslərin sayına mütənasib olaraq partiya siyahıları üzrə seçiləcək.
MSK-nın məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb. Yalnız siyasi partiyaların namizəd irəli sürmək hüququ var.
Seçkidə 1 000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir.
"Özbəkistan" teqi üzrə xəbərlər
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Özbəkistan rəsmisi: "Ölkəmiz ekoloji problemlərin həllində Azərbaycanın təcrübəsini mənimsəyir"
- Səhrada suya necə qənaət etmək və məhsul əldə etmək olar? - Özbəkistanın unikal təcrübəsi
- Laziz Kudratov: "Strategiyalar karbon emissiyasının neytrallaşdırılmasına nail olmağa yönəlib"
- Abşeronda avtomobilin vurduğu Özbəkistan vətəndaşı 11 gün sonra ölüb