Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Overçuk: "2020-ci il razılaşmaları əsasında İrəvanla Bakı arasında marşrutların açılması mümkündür"
"Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk brifinqdə çıxışı zamanı deyib.
"Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Ermənistan, Azərbaycan və Rusiya - red.) liderlərinin əldə etdiyi və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya həmişə bu prosesə qoşulmağa və kömək etməyə hazırdır", - deyə o bildirib.
"Aleksey Overçuk" teqi üzrə xəbərlər
Ən çox oxunanlar