Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Orxan Mahmudlu: "Dövlət və özəl qurumlar COP29 zolaqlarından istifadə üçün müraciət etməsinlər"
"Dövlət qurumları, özəl şirkətlər, biznes subyektləri və digər hüquqi şəxslər əsası olmadan COP29 zolaqlarından istifadə icazəsi, xüsusi stikerlər və nəqliyyatın buraxılış və parklanma icazələri üçün müraciət etməməlidirlər".
"Report" xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O.Mahmudlu bildirib ki, yalnız xüsusi xidmət və tədbir avtomobillərinə, eləcə də ictimai nəqliyyat vasitələrinə bu zolaqlardan istifadə imkanı yaradılacaq: "Noyabrın 1-dən bu zolaqlarda hərəkət üçün xüsusi avtomobillərə stikerlər və buraxılış-parklanma icazələri verilib və bu icazələr yalnız COP29 Əməliyyat Şirkəti tərəfindən təmin edilir. Digər qurumların bu məsələlərlə bağlı müraciət etməmələri xahiş olunur; alternativ yolların mövcudluğu onların istifadəsini mümkün edir".
Qeyd edək ki, noyabrın 1-dən etibarən COP29-a görə 26 küçə və prospekt - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində xüsusi zolaqlar təşkil edilib və onlara daxil olmaq qadağan olunub.
"COP29" teqi üzrə xəbərlər
- Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- Qırğızıstan baş nazirinin müavini Bakını COP29-un təşkilinə görə yüksək qiymətləndirib
- Bakıda keçirilən COP29-un on ikinci günündən FOTOREPORTAJ