Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Oksford nümayəndəsi: "Azərbaycanın böyük planları var"
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) hər şeyin düşünülmüş, rahat olması mənim və həmkarlarımın çox xoşuna gəlib".
Bu barədə COP29-da Britaniya nümayəndə heyətinin üzvü, Oksford Universitetinin elmi işçisi, doktor Ana Natsvalovayte Bakıda keçirilən konfransın təşkili ilə bağlı Oxu.Az-a təəssüratlarını bölüşərkən bildirib.
Konfransdan gözləntilərdən danışarkən o, əsas məsələlərdən biri olan maliyyənin həll olunacağına ümidini ifadə edib.
Ekspertin sözlərinə görə, bu, qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərinin digər aspektlərinə diqqət yetirməyə imkan verəcək.
Oksford nümayəndəsi Azərbaycanın bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.
"Görürəm ki, sizin böyük planlarınız var və bu çox gözəldir, çünki qonşularınızı, nəticə etibarilə ətrafınızdakı hər kəsi dəyişmək imkanınız var. Siz, xüsusilə də COP29-a ev sahibliyi etdiyiniz cari ildə buna çox əmək sərf etmisiniz", - deyə o, sözlərini yekunlaşdırıb.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- Avropa Komissarı: "COP29 sədrliyinin əzmkarlığı təqdirəlayiqdir"
- COP29-un bağlanış plenar iclasından tarixə düşən GÖRÜNTÜLƏR
- Saymon Still: "Azərbaycana iqlim maliyyələşməsində çətin hədəfə nail olduğu üçün təşəkkür edirəm"
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- Vopke Hukstra: "Bir çox ölkələr qalıq yanacaqdan imtina etməkdə qərarlıdırlar"