Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müdafiə naziri Pakistana başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığında deyilir:
"Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında baş verən terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
"Zakir Həsənov" teqi üzrə xəbərlər
- Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib
- Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
- Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
- Zakir Həsənov Qırğızıstana səfər edib
- Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin mümkün təxribatlarına hazır olmağı tapşırdı