Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mərkəzi Seçki Komissiyası Nəsiman Yaqublu haqqında qərar qəbul etdi
Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.
Qərara əsasən, Nəsiman Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib. Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatlar məntəqə seçki komissiyasında yerləşdirilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Mərahim Nəsib
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizəd Nəsiman Yaqublunun avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasında həlak olmasını müzakirə edir.
Oxu.Az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunan Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası müəyyənləşdirilir.
Komissiya üzvlərinin rəyindən sonra dairə seçki komissiyasına (DSK) atılacaq addımlarla bağlı müvafiq tapşırıq veriləcək.
Mərahim Nəsib