Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə yeni cərimələr təsdiqlənib
Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT