Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Meril Ali: "Fransa tərəfindən istifadə edilən suyun tərkibinə xlorheksidin qatılır"
"Bizim su problemimiz hələ də öz həllini tapmayıb".
Oxu.Az xəbər verir ki, bunu Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Meril Ali deyib.
O bildirib ki, əvvəllər istifadə etdikləri yağış suları artıq istifadəyə yararsızdır:
"Bizim su problemimiz hələ də öz həllini tapmayıb. Ötən əsrin 60-70-ci illərdə biz su təminatı üçün yağış sularından istifadə edirdik. Lakin biz gördük ki, yağış suları da istifadəyə yararsızdır. Buna görə uzun illərdir su problem olaraq qalır.
Fransa tərəfindən istifadə edilən suyun tərkibinə xlorheksidin maddəsi qatılır. Bizim istifadə etdiyimiz bu su zəhərlidir. Hətta kənd təsərrüfatında belə əl vermir. Biz banan istehsalı ilə məşğuluq, amma zəhərli su onu məhv edir. Hər kəs bilir ki, xlorheksidin necə zəhərli maddədir, biz bununla zəhərlənirik. Əgər su zəhərlidirsə, onunla suvarılan torpaq da zəhərlidir".
Aygün Mirakif
"Qvadelupe adası" teqi üzrə xəbərlər
- Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb
- Meril Ali: "Fransa hökuməti və siyasəti birmənalı şəkildə qınanmalıdır"
- Deputat: "Fransa qanlı müstəmləkəçilik keçmişinə görə maddi və mənəvi təzminat ödəməlidir"
- Beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq pislənilib
- Bakı Təşəbbüs Qrupu Fransanın insan hüquqları pozuntularına dair mətbuat konfransı keçirəcək