Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Matai İsai Yudistrh Zamuel: "Bu gün Boneyrdə yerli icmanı məhv etməyə çalışırlar"
"Boneyrin gələcəyindən narahatıq. Çünki Boneyr özündə Niderland müstəmləkəçiliyinin yaralarını daşıyır".
"Report" xəbər verir ki, bunu Boneyr İnsan Hüquqları Təşkilatının məsləhətçisi Matai İsai Yudistrh Zamuel Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda deyib.
Onun sözlərinə görə, Boneyrin yerli icmasını məhv etməyə çalışırlar:
"Biz Niderland Krallığından müstəqilliyimizi tələb etməklə yanaşı, onun qarşısında hüquqlarımızı müdafiə etmişik. Doğrudur, hələ getməli olduğumuz yol var və dekolonizasiyadan uzaqdayıq. Ancaq dostların və müttəfiqlərin köməyi olarsa, problemimizdən beynəlxalq ictimaiyyət daha tez xəbərdar olar. Məzlum insanlar məzlum insanları və onların apardığı mübarizəni tanıyırlar. Ancaq güclülər də bundan xəbərdar olmalıdırlar. Bakı Təşəbbüs Qrupu və Azərbaycan vətəndaşları bu yolda bizə böyük dəstək göstərirlər".
Matai İsai Yudistrh Zamuel qeyd edib ki, Boneyrin tarixi Niderlandın adadakı varlığı ilə başlamayıb:
"Bu gün Boneyr yerli icmasını məhv etməyə çalışırlar. İnsanlar buna dözmək məcburiyyətində qalırlar. Bu gün Boneyrdə resurslara qeyri-bərabər çıxış mövcuddur. Bu, özünü mağazalardakı qiymətdə, mənzil bazarında və digər bir çox yerdə göstərir. Boneyr Niderland müstəmləkəsinə çevrildikdən sonra adamıza köçüb məskunlaşmanı asanlaşdırdılar. Bu isə evlərin qiymətlərinin artmasına gətirib çıxardı. Varlı insanlar gəlib adada rahat yaşadıqları halda, yerli icmanın nümayəndələri çətinliklərlə üzləşməyə başladılar. Ərzaq qiymətlərinə gəldikdə isə bahalıq, əsasən, Niderlanddan idxal olunan məhsullarda hiss olunur və məhsulların böyük hissəsi bizə oradan gətirilir".
"Boneyr adası" teqi üzrə xəbərlər
- Boneyrli hüquq müdafiəçisi: "400 ildir ki, Niderlandın zülmü altındayıq"
- Bakı Təşəbbüs Qrupu və Boneyr QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb
- Niderland Boneyr adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir - BƏYANAT
- Cun Sumer: "Boneyr xalqının mübarizəsinə verdiyi dəstəyə görə BTQ-yə təşəkkür edirəm"
- Assosiasiya rəsmisi: "Boneyr adasında yaşayan gənclər heç bir perspektiv görmürlər"