Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Martinik hakimiyyəti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib
Karib dənizində yerləşən Fransaya məxsus Martinik adasında hakimiyyəti həyat dəyərinin artmasına qarşı şiddətli etirazların bu həftənin əvvəlində komendant saatının tətbiqinə səbəb olmasından sonra dörd bələdiyyədə nümayişləri qadağan edib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, bazar ertəsinədək (23 sentyabr) Fort-de-Frans, Le Lamanten, Duko və Le Robert bələdiyyələrində bütün etirazlar qadağan edilib.
"Bu tədbirin məqsədi toplaşmalar zamanı baş verən zorakılıq və ziyana, eləcə də bütün əhaliyə, həftəsonunda insanların həyatı və hərəkət azadlığında çoxsaylı maneəyə son qoymaqdır", - deyə bəyanatda deyilir.